Satış Məsləhətçisi

Tələblər:

  • Satış təcrübəsi arzu olunandır
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
  • Ünsiyyətcil və məsuliyyətli olmalı
  • Satış qabiliyyəti olmalı
  • Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
  • Yaş: 20-45

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tətbiq etmək
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
  • Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü və 1 istirahət günü
  • Şirkət daxili təlim və inkişaf imkanları
  • Karyera yüksəlişi imkanı
  • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Əmək haqqı: 350-400 AZN