Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
- Yaş: 20-45
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tətbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü və 1 istirahət günü
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Əmək haqqı: 350-400 AZN